Xəbərlər

2 dekabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumi təhsil texniki fənlər birləşmə komissiyasının müəllim və tələbələri Naxçıvan Tarix Muzeyində ekskursiyada olmuşlar.

Slide 1

2 dekabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumi təhsil texniki fənlər birləşmə komissiyasının müəllim və tələbələri Naxçıvan Tarix Muzeyində ekskursiyada olmuşlar. Ekskursiyanın məqsədi tələbələrin Azərbaycan tarixinin müxtəlif dövrləri, Naxçıvanın qədim mədəni irsi və tarixi inkişaf mərhələləri haqqında daha dərindən məlumat əldə etmələrinə şərait yaratmaq olmuşdur.

Muzeyin bələdçisi tərəfindən ekspozisiyalar üzrə geniş məlumat verilmiş, tələbələrə Naxçıvanın qədim yaşayış məskənləri, arxeoloji qazıntılardan əldə olunmuş maddi-mədəniyyət nümunələri, müxtəlif dövrlərə aid silahlar, məişət əşyaları, sənətkarlıq nümunələri və tarixi sənədlər təqdim olunmuşdur. Tələbələr muzeydə nümayiş etdirilən eksponatlar vasitəsilə bölgənin minilliklər ərzində keçdiyi inkişaf yolu, mədəni irsi və tarixi hadisələri daha yaxından müşahidə etmişlər.