02 dekabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Xarici dillər fənn birləşmə komissiyasının müəlliminin təşəbbüsü ilə Naxçıvan Dövlət Universitetinin linqafon otağında praktiki dərs keçirilmişdi
02 dekabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Xarici dillər fənn birləşmə komissiyasının müəlliminin təşəbbüsü ilə Naxçıvan Dövlət Universitetinin linqafon otağında praktiki dərs keçirilmişdir.
Dərsin əsas məqsədi tələbələrin xarici dil bacarıqlarının təkmilləşdirilməsi, dinləyib-anlama, tələffüz və danışıq qabiliyyətlərinin inkişaf etdirilməsi olmuşdur. Müəllimlər tərəfindən müasir tədris metodları, interaktiv tapşırıqlar və audio-vizual materiallardan istifadə edilməklə dərs prosesinin daha səmərəli təşkilinə nail olunmuşdur.
Tədris zamanı tələbələrin fəallığı, dərsə marağı və praktiki tapşırıqlarda iştirak səviyyəsi yüksək olmuş, bu cür məşğələlərin mütəmadi keçirilməsinin önəmi bir daha vurğulanmışdır.
