Xəbərlər

Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və Texniki ixtisaslar fənlər birləşməsi komissiyasının müəllimi və tələbələri "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Xan Sarayı Muzeyin"ə ekskursiyada olmuşlar.

Slide 1
Slide 2

5 dekabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və Texniki ixtisaslar fənlər birləşməsi komissiyasının müəllimi və tələbələri "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Xan Sarayı Muzeyin"ə ekskursiyada olmuşlar.
Ekskursiyanın məqsədi tələbələrdə dövlətçilik tarixinə marağı artırmaq, milli irsimizi daha yaxından tanıtmaq və Azərbaycan dövlətçiliyinin inkişaf mərhələləri haqqında bilikləri zənginləşdirmək olmuşdur.
Tələbələr muzeydə sərgilənən eksponatlarla tanış olaraq Xanlıq dövrünün siyasi, mədəni və sosial həyatı barədə ətraflı məlumat əldə etmiş, dövlətçilik ənənələrimizin formalaşmasında bu tarixi məkanın rolunu dərindən öyrənmişlər.