Xəbərlər

Heydər Əliyevin anım günü münasibətilə Heydər Əliyev Muzeyində “Heydər Əliyev və təhsilin inkişafı” adlı açıq dərs təşkil edilmişdir.

Heydər Əliyevin anım günü münasibətilə Heydər Əliyev Muzeyində “Heydər Əliyev və təhsilin inkişafı” adlı açıq dərs təşkil edilmişdir.

5 dekabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumtəhsil və Texniki ixtisaslar fənlər birləşməsi komissiyasının müəllimi tərəfindən 1-ci kurs “Mühasibat uçotu” ixtisası tələbələri üçün ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Heydər Əliyev Muzeyində “Heydər Əliyev və təhsilin inkişafı” adlı açıq dərs təşkil edilmişdir.
Açıq dərsin məqsədi Ulu Öndər Heydər Əliyevin ölkəmizdə təhsil sisteminin inkişafına verdiyi əvəzsiz töhfələri tələbələrə daha dərindən çatdırmaq, onun təhsil siyasətinin bu gün də uğurla davam etdirilməsinin mahiyyətini izah etmək olmuşdur. Dərs zamanı tələbələr Ulu Öndərin təhsilə göstərdiyi yüksək diqqət, müəllim nüfuzunun yüksəldilməsi, gənclərin elmə yönləndirilməsi istiqamətində həyata keçirdiyi islahatlar barədə geniş məlumat əldə etmişlər.
Açıq dərsdən sonra tələbələr üçün muzeydə ekskursiya təşkil olunmuşdur. Ekskursiya zamanı tələbələr Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olmuş, onun dövlətçilik ideyalarının, eləcə də təhsilin inkişafına dair strategiyasının real nümunələrini görmüşlər. Muzey bələdçisi tərəfindən təqdim edilən ətraflı izahatlar ekskursiyanı daha maraqlı və məlumatlandırıcı etmişdir.