Xəbərlər

23 dekabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində “Açıq Mikrofon” formatında görüş keçirilmişdir.

Slide 1
Slide 2
Slide 3
Slide 4

23 dekabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində “Açıq Mikrofon” formatında görüş keçirilmişdir.

23 dekabr 2025-ci il tarixdə Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində “Açıq Mikrofon” formatında görüş keçirilmişdir. Tədbirin əsas məqsədi tələbələrlə rəhbərlik arasında açıq dialoqun qurulması, onları maraqlandıran məsələlərin dinlənilməsi və qarşılıqlı fikir mübadiləsinin aparılması olmuşdur.

“Açıq Mikrofon” zamanı kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov tələbələr tərəfindən səsləndirilən sualları diqqətlə dinləmiş, onların hər birinə ətraflı və əsaslandırılmış cavablar vermişdir. Görüş zamanı tədris prosesi, tələbə həyatı, sosial məsələlər və gələcək perspektivlərlə bağlı mövzular müzakirə olunmuş, tələbələrin təklif və təşəbbüsləri qeyd alınmışdır.

Səmimi və konstruktiv mühitdə keçən tədbir tələbələr tərəfindən böyük maraqla qarşılanmış, rəhbərliklə birbaşa ünsiyyətin təmin olunması məmnunluqla dəyərləndirilmişdir.