Xəbərlər

“Şuşada tarix yazan dağlar qartalı” kitabının təqdimat mərasimi keçirilib.

Slide 1
Slide 2
Slide 3
Slide 4
Slide 5
Slide 6
Slide 7

“Şuşada tarix yazan dağlar qartalı” kitabının təqdimat mərasimi keçirilib.

24 dekabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində “Rəşadət” ordenli şəhid leytenant Dünyamalıyev Ceyhun Zeynal oğluna həsr olunmuş yazıçı Ədalət Cəfəroğlunun müəllifi olduğu “Şuşada tarix yazan dağlar qartalı” kitabının təqdimat mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid olmuş bütün qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Rəsmi hissə
Tədbirin açılışında Naxçıvan Dövlət Texniki Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asef Ruşanov çıxış edərək kitabın əhəmiyyətindən, şəhidlərin adlarının daim yaşadılmasının vacibliyindən danışıb.
Ardınca övladını Vətən uğrunda qurban vermiş qəhrəman şəhid atası kürsüyə dəvət olunaraq şəhid Ceyhun Dünyamalıyevin həyat və döyüş yolundan bəhs edib.
Sonra qəhrəman şəhid anası çıxış edərək ana kədərini, eyni zamanda oğlunun göstərdiyi igidliklə qürur duyduğunu bildirib.
Daha sonra söz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əjdər Əliyevə verilib. O, şəhid ailələrinə göstərilən dövlət qayğısından və Vətən müharibəsində qazanılan Zəfərdən danışıb.
Ardınca Culfa Rayon İcra Hakimiyyətinin müharibə veteranları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ruslan Cəfərov çıxış edərək şəhid ailələri ilə aparılan işlərdən söz açıb.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordusunun nümayəndəsi, Naib Cəfərov Ordunun qəhrəman şəhidlərinin döyüş yolundan və göstərdikləri şücaətdən danışıb.
Sonra Vətən müharibəsində sağlamlığını itirmiş qazi Təbriz Zeynalov çıxış edərək qazilərin və döyüş yoldaşlarının xatirələrini bölüşüb.
Ardınca hərbi-vətənpərvərlik mövzusunda yazıları ilə tanınan jurnalist Bəxtiyar Əliyev çıxış edərək şəhidlərin tanıdılması istiqamətində görülən işlərdən bəhs edib.
Rəsmi hissənin sonunda kitabın müəllifi Ədalət Cəfəroğlu çıxış edərək əsərin yazılma məqsədi, şəhid Ceyhun Dünyamalıyevin qəhrəmanlığı və Vətən uğrunda göstərdiyi fədakarlıqdan danışıb.
Bədii hissə
Rəsmi hissədən sonra tədbirin bədii hissəsinə keçid olunub
Daha da ətraflı facebook səhifəmizdə...