🏆 Futzal birinciliyinin qalibi – Naxçıvan Dövlət Texniki Kolleci! 🥇
🏆 Futzal birinciliyinin qalibi – Naxçıvan Dövlət Texniki Kolleci! 🥇
📅 25 dekabr 2025-ci il tarixində Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin idman zalında “Konstitusiya və Suverenlik İli” çərçivəsində, Naxçıvan Dövlət Texniki Kollecinin 100 illik yubileyinə həsr olunmuş futzal üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
⚽️ Birinciliyin əsas məqsədi “Konstitusiya və Suverenlik İli”nin və NDTK-nın 100 illik yubileyinin qeyd olunması, gənclər arasında sağlam həyat tərzinin və idmana marağın təşviqi olub.
🏫 Yarışda Naxçıvan şəhərində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin komandaları iştirak edib.
🏅 Yekun nəticələr:
🥇 Naxçıvan Dövlət Texniki Kolleci
🥈 Naxçıvan Hərbi Kolleci
🥉 Naxçıvan Tibb Kolleci
🎖️ Sonda qalib komandalara və idmançılara diplomlar, kubok və medallar təqdim olunub.
🤝 Birincilik Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Naxçıvan Dövlət Texniki Kolleci və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə reallaşıb.


