Xəbərlər

27 dekabr 2025-ci il tarixində Naxçıvan şəhərində gənclər arasında sağlam həyat tərzinin təşviqi və idmana marağın artırılması məqsədilə qol güləşi üzrə şəhər yarışı keçirilmişdir.

27 dekabr 2025-ci il tarixində Naxçıvan şəhərində gənclər arasında sağlam həyat tərzinin təşviqi və idmana marağın artırılması məqsədilə qol güləşi üzrə şəhər yarışı keçirilmişdir.

27 dekabr 2025-ci il tarixində Naxçıvan şəhərində gənclər arasında sağlam həyat tərzinin təşviqi və idmana marağın artırılması məqsədilə qol güləşi üzrə şəhər yarışı keçirilmişdir. Yarışda Naxçıvan şəhərində fəaliyyət göstərən müxtəlif təhsil müəssisələrinin güclü və hazırlıqlı idmançıları iştirak etmişdir. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Bağırov Əli 63 kq çəki dərəcəsində yüksək iradə və peşəkarlıq nümayiş etdirərək 2-ci yerə layiq görülmüşdür.
Bu nailiyyət kollecimizdə idmanın inkişafına göstərilən diqqətin və tələbələrimizin fiziki hazırlıq səviyyəsinin bariz göstəricisidir. Bağırov Əlini qazandığı uğur münasibətilə təbrik edir, ona gələcək yarışlarda daha böyük qələbələr arzulayırıq. Kollec rəhbərliyinə və müəllim-idmançılara gənclərin idmana cəlb olunması istiqamətində göstərdikləri dəstəyə görə təşəkkür edirik.