Naxçıvan Dövlət Texniki Kollecində 31 dekabr "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il" münasibətilə bayram tədbiri təşkil olunub.
29 dekabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 31 dekabr "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il" münasibətilə bayram tədbiri təşkil olunub.
Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov kollecin müəllim və tələbə heyətini "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il" münasibətilə səmimi qəlbdən təbrik edib, yeni ilin hər kəs üçün uğurlu, sağlam və məhsuldar keçməsini arzulayıb.
Direktor çıxışı zamanı "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü"nün əhəmiyyətindən, milli birlik və həmrəyliyin qorunmasının vacibliyindən danışıb, bu dəyərlərin gənc nəslin formalaşmasında mühüm rol oynadığını qeyd edib.
Bədii hissə
Tədbirin bədii hissəsində müəllimlərin "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il" bayramına həsr olunmuş təbrik videoçarxı nümayiş etdirilib.
Ardınca tələbələrin hazırladığı mahnı və rəqs nömrələri təqdim olunub.
Bayram ab-havasını daha da canlandırmaq məqsədilə tədbirdə Şaxta baba və Qar qızın iştirakı təmin olunub, onlar iştirakçıları təbrik edərək tədbirə xüsusi rəng qatıb.





