Xəbərlər

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində II və III kurs tələbələri üçün imtahan sessiyasına start verilmişdir.

Slide 1
Slide 2

İmtahan sessiyası qüvvədə olan tədris planı və akademik təqvimə uyğun şəkildə təşkil olunmuş, imtahanların şəffaf, obyektiv və ədalətli keçirilməsi üçün bütün zəruri tədbirlər görülmüşdür. Sessiya müddətində tələbələrin bilik və bacarıqlarının düzgün qiymətləndirilməsi məqsədilə müvafiq nəzarət mexanizmləri tətbiq olunur, imtahan prosesi rəhbərlik və müəllim heyətinin nəzarəti altında həyata keçirilir.
Kollec rəhbərliyi tərəfindən tələbələr üçün uyğun şərait yaradılmış, imtahanların gedişində nizam-intizam qaydalarına əməl olunması, eyni zamanda tələbələrin rahatlığının təmin edilməsi diqqət mərkəzində saxlanılır. İmtahan sessiyasının tələbələrin tədris nailiyyətlərinin obyektiv qiymətləndirilməsinə və onların gələcək peşəkar inkişafına müsbət töhfə verəcəyi gözlənilir.
II və III kurs tələbələrinə imtahan sessiyasında uğurlar arzu edirik.