Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində II və III kurs tələbələri üçün imtahan sessiyası uğurla davam edir.
Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində II və III kurs tələbələri üçün imtahan sessiyası uğurla davam edir.
Kollecin rəhbərliyi və müəllim heyəti imtahanların normal və nizamlı şəkildə keçirilməsi üçün bütün zəruri şəraitin yaradılmasına xüsusi diqqət yetirir. Sessiya müddətində auditoriyalarda intizam qaydalarına əməl olunması, tələbələrin rahat və təhlükəsiz mühitdə imtahan verməsi təmin edilir.
Qeyd edək ki, imtahan sessiyası tələbələrin tədris nailiyyətlərinin qiymətləndirilməsi ilə yanaşı, onların gələcək ixtisaslaşması və peşəkar inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Sessiyanın uğurla başa çatması kollec tələbələrinin təhsil prosesində növbəti mərhələyə keçidi üçün əsas zəmin yaradır.

