Xəbərlər

Naxçıvan Dövlət Texniki Kollecində 12 yanvar 2026-ci il tarixindən etibarən 2025/2026-ci tədris ilinin birinci yarımili üzrə Böyük Summativ Qiymətləndirmə (BSQ) mərhələsinə start verilmiş və hazırda imtahan prosesi davam etməkdədir.

Slide 1
Slide 2

Naxçıvan Dövlət Texniki Kollecində 12 yanvar 2026-ci il tarixindən etibarən 2025/2026-ci tədris ilinin birinci yarımili üzrə Böyük Summativ Qiymətləndirmə (BSQ) mərhələsinə start verilmiş və hazırda imtahan prosesi davam etməkdədir.

Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində 12 yanvar 2026-ci il tarixindən etibarən 2025/2026-ci tədris ilinin birinci yarımili üzrə Böyük Summativ Qiymətləndirmə (BSQ) mərhələsinə start verilmiş və hazırda imtahan prosesi davam etməkdədir.
BSQ mərhələsində tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi onların tədris göstəricilərinin müəyyənləşdirilməsində, növbəti yarımilə keçidində və ümumi akademik nailiyyətlərinin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan, imtahanlar tələbələrin məsuliyyət hissinin, intizamının və fənlərə yanaşma səviyyəsinin də qiymətləndirilməsi baxımından əhəmiyyətlidir.
Hazırda imtahan prosesi plan üzrə davam edir və bütün ixtisaslar üzrə tələbələrin BSQ mərhələsində iştirakı təmin olunur. Kollec rəhbərliyi tərəfindən prosesə operativ nəzarət həyata keçirilir, yaranan hər hansı texniki və ya təşkilati məsələlərin vaxtında həlli üçün müvafiq tədbirlər görülür.
Böyük Summativ Qiymətləndirmə mərhələsinin uğurla və obyektiv şəkildə yekunlaşdırılması kollecdə tədrisin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin bilik səviyyəsinin dəqiq müəyyən olunmasına və təhsil prosesinin daha da təkmilləşdirilməsinə xidmət edir.