Xəbərlər

“Rəqəmsal həyat və ekoloji innovasiyalar” adlı geniş elmi tədbir keçirilmişdir.

“Rəqəmsal həyat və ekoloji innovasiyalar” adlı geniş elmi tədbir keçirilmişdir.

3 aprel 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Ümumtəhsil və texniki ixtisaslar fənn birləşməsi komissiyasının təşəbbüsü ilə WUF 13 mövzusuna həsr olunmuş “Rəqəmsal həyat və ekoloji innovasiyalar” adlı geniş elmi tədbir keçirilmişdir.
Tədbir Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən göndərilmiş müvafiq məktuba əsasən təşkil olunmuş və Birləşmiş Millətlər Təşkilatı tərəfindən keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində aparılan maarifləndirmə və təbliğat tədbirləri istiqamətində həyata keçirilmişdir.
Tədbiri kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov açaraq iştirakçıları salamlamış, mövzunun aktuallığını vurğulamış və rəqəmsal texnologiyalarla ekoloji yanaşmaların vəhdətinin müasir dövr üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.
Tədbir çərçivəsində müəllimlərin çıxışları dinlənilmişdir:
Samirə Mustafayeva rəqəmsal texnologiyaların təhsil və ekologiyada tətbiqi, ağıllı sistemlərin ətraf mühitin qorunmasında rolu barədə çıxış etmişdir.
Qumral Əliyeva ekoloji problemlərin həllində innovativ yanaşmalar, tullantıların idarə olunması və resurslardan səmərəli istifadə mövzusuna toxunmuşdur.
Ruzigar Əliyeva rəqəmsal monitorinq sistemlərinin biomüxtəlifliyin qorunmasında və ekoloji nəzarətdə rolunu izah etmişdir.
Həvvabəyim Əliyeva alternativ enerji mənbələri, xüsusilə günəş və külək enerjisinin tətbiqi haqqında məlumat vermişdir.
Sevilə Rüstəmova “Ağıllı şəhər layihəsinin iqtisadiyyatla əlaqəsi” mövzusunda çıxış edərək ağıllı şəhər modellərinin iqtisadi səmərəliliyi, resursların optimallaşdırılması və rəqəmsal infrastrukturun inkişafının iqtisadi artıma təsirini geniş şəkildə izah etmişdir.
Tədbirin praktiki hissəsində tələbələr tərəfindən hazırlanmış innovativ layihələr də təqdim olunmuşdur. Belə ki:
III kurs “Telekommunikasiya və kompüter sistemlərinin informasiya təhlükəsizliyi” ixtisası üzrə tələbələr “Ağıllı yol” layihəsini təqdim edərək yol hərəkətinin təhlükəsizliyinin artırılması və rəqəmsal nəzarət sistemlərinin tətbiqi barədə məlumat vermişlər.