Naxçıvan Dövlət Texniki Kollecinin Ümumi təhsil texniki fənlər birləşməsinin müəllimlərinin təşəbbüsü ilə tələbələr üçün maarifləndirici ekskursiya təşkil olunmuşdur.
12 aprel 2026-cı il tarixində Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Ümumi təhsil texniki fənlər birləşməsinin müəllimlərinin təşəbbüsü ilə tələbələr üçün maarifləndirici ekskursiya təşkil olunmuşdur.
Ekskursiya çərçivəsində tələbələr Qarabağlar türbəsi ilə yaxından tanış olmuş, bu möhtəşəm memarlıq abidəsi haqqında ətraflı məlumat əldə etmişlər.
“Memarlıq və şəhərsalma ili”nə həsr olunan bu tədbir zamanı tələbələr türbənin daxilində gəzərək burada qorunan eksponatlara baxmış, milli-mədəni irsimizin zəngin nümunələri ilə tanış olmuşlar.
Bu cür tədbirlərin təşkili tələbələrin tariximizə və memarlıq irsimizə marağının artırılmasına mühüm töhfə verir.



